UEFA Çempionlar Liqasının E qrupunda mübarizə aparan “Barselona” 2-ci görüşdə də ağır məğlubiyyətə düçar olub. Startda öz meydanında “Bavariya”ya uduzan Kataloniya klubu səfərdə “Benfika” ilə də bacarmaylb. Lissabon futbolçuları erkən qol sayəsində önə keçiblər. Darvin Nunyes diqqət mərkəzinə düşüb. 1-ci hussədə başqa qol olmayıb. Fasilədın somra “Barsa” qapısında daha 2 top görüb. 69-cu dəqiqədə Rafa Silva “Benfika”nln üstünlüyünü möhkəmlədib. 79-cu dəqiqədə Nunyes dubl edib. Matçda yadda qalan son hadisə 87-ci dəqiqəyə təsqdüf edib. Katalomiya futbolçularından Erik Qarsiya qırmızı vərəqəylə cəzalanlb. Beləliklə görüşü 10 nəfərlə tamamlayan “Barselona” səfərdə “Benfika”ya 0:3 hesabilə məğlub olub. 

“Bavariya” isə Münhendə Kiyev “Dinamo”suna 5 cavavsız qolla qalib gəlib. Robert Levandovski birinci hissədə dubl müəllifi olub.

Fasilədən sonra Serj Qnabri, Leroy Sane, Erik Şupo-Motinq qonaqları cəzalandırıb. 

Bu qələbə sayəsində Robert Levandovski rekord müəllifi olub. Polşalı hücumçu” Bavariya”nın heyətində Çempionlar Liqasında ardıcıl 18-ci görüşdə qalib gəlib. 

Yulian Nagelsmanın komandası 6 xalla E qrupuna başçılıq edir. “Benfika” 4 xalla 2-ci, “Dinamo” 1 xalla 3-cüdür. Hər 2 görüşdə uduzan “Barselona” qrupun autsayderidir.